Ermənistanın AİB üzvlüyü dondurula bilər
8 May 2018 13:45 DünyaMübariz Əhmədoğlu. "İndi hamı başa düşür ki, Ermənistandakı xaosun səbəbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir"
Ermənistanda bir aydan artıqdır ki, davam edən daxili siyasi gərginlik təkcə bu öıkənin ictimai-siyasi həyatını iflic etməyib, eləcə də onun iqtisadi və sosial həyatı, həmçinin beynəlxalq əlaqələrinə öz mənfi təsirini göstərib. İndi Ermənistanla bir qədər yaxın münasibətlərə malik olan İran İslam Respublikası, eyni zamanda İrəvanın ağası kimi tanınan Rusiya Federasiyası belə Ermənistanla əlaqələrdə, əməkdaşlıqda bir qədər ehtiyatlı davranış nümayiş etdirirlər. İranlı iş adamlarının Ermənistana sərmayə qoyması, İran-Ermənistan azad iqtisadi zonasında tivari baxımdan hərəkətliliyin azalmasına təsir göstərən başlıca amillərdən biri də məhz Ermənistanda bir aydan artıqdır davam edən daxili siyasi gərginlikdir. Məlumata görə, keçən il İrəvana səfər edən bəzi ərəb iş adamları da bu ölkədə baş verən siyasi gərginlik və hakimiyyət dəyişikliyi prosesindən sonra artıq işğalçı ölkəyə investisiya yatırmaq niyyətlərini arxa plana atıblar. Hətta yaxın perspektiv üçün nıəzərdə tutulan layihələr də qeyri-müəyyən müddət üçün ertələnib. Bu arada Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə münasibətləri də narahatçılıq doğuran məsələlər sırasında yer alıb. İrəvanda hazırkı situasiyada mövcud olan hakimiyyətsizlik Avrasiya İqtisadi Birliyini Ermənistanla bağlı hansısa addımlar atmaq məcburiyyətində qoya bilər. Hətta İrəvanın təşkilatda qalıb-qalmaması belə müzakirə predmetinə çevrilə bilər. Hər halda Avrasiya İqtisadi Birliyinin Soçi sammiiti ərəfəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bir neçə dəfə ermənistanlı həmkarı ilə bir neçə dəfə telefonla danışması belə deməyə əsas verir. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əihmədoğlu deyir ki, hazırda Ermənistan xarici siyasətdə belə aöır günlərini yaşayır: "Qazaxıstan prezidenti Nursultan Nazarbayev 10 gün ərzində Ermənistan prezidenti Armen Sərkisyanla iki dəfə Ermənistanın daxilindəki vəziyyəti müzakirə edib. Aprelin 26-dakı telefon danışıqlarının təşəbbüskarı Ermənistan prezidenti, mayın 5-dəki danışıqların təşəbbüskarı isə Nursultan Nazarbayevdir. Nazarbayev mayın 5-də Armen Sərkisyana zəng etməzdən öncə Avrasiya İqtisadi Birliyinin mayın 14-də Soçidə nəzərdə tutulmuş sammitinə hazırlıq məsələlərini Rusiya prezidenti Vladimir Putinlə telefonla müzakirə etmişdi. Nursultan Nazarbayev üçün mayın 14-də Avrasiya İqtisadi Birliyinin sammiti görünür müəyyən əhəmiyyətə malikdir və bəlkə də müəyyən dəyişikliklərə məruz qalmalıdır. Rusiyanın Ermənistana münasibəti Avrasiya İqtisadi Birliyini, eləcə də ümumilikdə MDB üzv dövlətlərini qorxudan məsələdir". Politoloq deyib ki, Ermənistanın işğalçılıq mahiyyəti Avrasiya İqtisadi Birliyinin iclaslarında bir neçə dəfə müzakirə olunub: "Nazarbayevlə yanaşı Belarus prezidenti Aleksandr Lukaşenko da Dağlıq Qarabağ tənzimlənməsi məsələsini qaldırıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən N.Nazarbayev və A.Lukaşenkonun təşəbbüsü ilə bu qurum Ermənistana təsdiq etdirdi ki, Dağlıq Qarabağı heç vaxt tərkib hissəsi elan etməyəcək. İndi hamı başa düşür ki, Ermənistandakı xaosun səbəbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir. Bu motivasiya Avrasiya İqtisadi Birliyi ağsaqqallarını vəziyyətə real yanaşmağa vadar edən motivasiyalardan biridir": Mərkəz rəhbəri hesab edir ki, Ermənistanın AİB-ə üzvlüyü ilə bu qurumun daxili gərginlikləri artdı: "Eks -prezident Serj Sərkisyanın bu quruma münasibəti qeyri-ciddi idi. O, Rusiya və Qazaxıstanla sərfəli və etibarlı kommunikasiyalar barədə heç bir ideya ortalığa qoymadı. Bunlar Azərbaycanla münasibətlərini normallaşmasını tələb edirdi. Eks -prezident Serj Sərkisyan AİB üzvlüyünə yalnız piar -resurs kimi yanaşırdı; Ermənistan 180 milyonluq AİB bazarı ilə, İran, Avropa İttifaqı, və s. arasında körpü ola bilər. Ermənistanın ehtimali Baş naziri Nikol Paşinyan həm də "Çıxış" blokunun yaradıcısı və rəhbəri olub. Bir qrup Amerikapərəst erməni siyasətçisinin təsis etdiyi "Çıxış" adlı blokunun məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq idi. "Çıxış" sözünün mənası da budur. Məhz Serj Sərkisyanın dəstəyi ilə "Çıxış" bloku parlamentə düşdü. Bununla Serj Sərkisyan özünün AİB-ə münasibətinin qeyri-ciddi, ikibaşlı olmasını bir daha nümayiş etdirdi. S.Sərkisyanın belə ikibaşlı oyunları görünür, AİB üzv dövlətlərin nəzərindən yayınmayıb". Politoloq deyir ki, . Nursultan Nazarbayevin təşəbbüskarlığı ilə AİB üzvləri öz yaratdıqları qurumun nüfuzunu güclü saxlamaq istəyirlər: "Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü dondurula bilər. Yalnız Ermənistanın daxilindəki proseslər tam konstitusiya istiqaməti ilə gedərək sabitləşdikdən sonra Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvlüyünə qayıda bilər".
Göründüyü kimi, Ermənistan üçün bütün ümidlər puça çıxır. Əlində olan bütün imkanlardan məhrum olan işğalçı ölkənin uçurumun kənarında olduğu indi hər kəsə, elə sadə ermənilərə belə gün kimi aytdındır.
Süleyman