“İran Ermənistana Rusiyadan da baha qiymətə qaz təklif edir”

İran Ermənistana Rusiyadan daha baha qiymətə təbii qaz təklif edir. Məlumata görə, bunu Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini Hayk Harutyunyan deyib. O vurğulayıb ki, bu məsələ ilə bağlı danışıqlar davam edir. Nazir müavini əlavə edib ki, İranın təklif etdiyi qiymət kommersiya sirridir və bunu açıqlamaq olmaz.

Qeyd edək ki, ötən ay İranın Ermənistandakı səfiri Seyid Kazım Səcdadi bildirib ki, İran Yerevana əlverişli qiymətə qaz sata bilər. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31