Türkiyədə “polislər” azərbaycanlı qadına təcavüz etdi
16 Mart 2018 12:03 DünyaTürkiyədə Azərbaycandan və başqa bir ölkədən olan iki qadın qaçırılıb.
Minval.info xəbər verir ki, Kocaeli şəhərində baş verən hadisəni törədən 4 nəfər özlərini polis kimi təqdim ediblər. Qadınlarla danışan şəxslər ardınca silahla onları hədələyiblər.
"Polislər" qadınları ünvanı məlum olmayan yerə apararaq onlara təcavüz ediblər.
Qadınlar başlarına gələnlərlə bağlı polisə şikayət ediblər. Bundan sonra onları zorlayanlar saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31