Ankaradan ABŞ-a SƏRT REAKSİYA: “Sərsəmləməyə davam edir”
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Rob Manningin PKK terror təşkilatının liderini “general Mazlum” adlandırmasına sərt reaksiya verib.
6 Mart 2018 12:52 DünyaTürkiyənin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Rob Manningin PKK terror təşkilatının liderini "general Mazlum" adlandırmasına sərt reaksiya verib. Nazirliyin sözçüsü Hami Aksoy Pentaqonun mətbuat xidmətinin rəhbərinin sərsəmləməyə davam etdiyini açıqlayıb. "ABŞ-dan gözləntilərimiz bəllidir. YPG-yə verdiyi silahları geri alsın. Pentaqon sözçüsü son Afrin açıqlaması ilə sərsəmləməyə davam edib", - o deyib.
Xatırladaq ki, Manning PKK liderlərindən olan və "Mazlum Kobani" adından da istifadə "Şahin Cilo" kod adlı Fərhad Abdi Şahini "general Mazlum" adlandırıb. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.