5 milyon dollar oğurlandı
Braziliyanın Sao Paula şəhərindən İsveçrəyə gedən yük təyyarəsindən 5 milyon dollar oğurlanıb. Olaylar.az bildirir ki, pullar Sao Paulo şəhərinin Viracopos hava limanından Zürih şəhərinə istiqamət alan təyyarəyə silahlı basqın nəticəsində mənimsənilib. Təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada qeyd olunur ki, ən azı 5 silahlı quldur hava limanına təhlükəsizlik vasitələrinə bənzər bir mikroavtobusu ilə giriş edib.
6 Mart 2018 12:24 DünyaBraziliyanın Sao Paula şəhərindən İsveçrəyə gedən yük təyyarəsindən 5 milyon dollar oğurlanıb. Olaylar.az bildirir ki, pullar Sao Paulo şəhərinin Viracopos hava limanından Zürih şəhərinə istiqamət alan təyyarəyə silahlı basqın nəticəsində mənimsənilib.
Təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada qeyd olunur ki, ən azı 5 silahlı quldur hava limanına təhlükəsizlik vasitələrinə bənzər bir mikroavtobusu ilə giriş edib.
Yük təyyarəsinin yüklənməsi zamanı təhlükəsizlik işçilərini zərərsizləşdirən soyğunçular, İsveçrənin Zürih şəhərinə göndəriləcək təyyarədəki beş milyon dolları oğurlayıblar.
Soyğun zamanı ölən və yaralananların olmadığı bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.