Antarktika və Cənubi Amerikada Günəş tutulacaq

Yaydan sonra ilk Günəş tutulması fevralın 15-də baş verəcək. Məlumata görə, Günəş tutulması bu dəfə də tam olmayacaq. Belə ki, Günəşin yalnız bir hissəsi Ay tərəfindən bağlanacaq. Belə Günəş tutulmaları təxminən hər 18 ayda bir dəfə baş verir.

Günəş tutulması ən yaxşı Antarktikada görüləcək. Tutulmanı Braziliya və Folklənd adalarının cənubunda, Uruqvay boyunca, həmçinin Çili, Argentina və Paraqvayın bəzi bölgələrində izləmək olar. Belə ki, təxminən 60 milyon adam bu Günəş tutulmasını izləyə bilər. Astronomlar qeyd edirlər ki, Günəş tutulmasını müşahidə etmək üçün xüsusi gözlüklər lazımdır. 2017-ci ilin avqust ayındakı tutulma zamanı Günəşə xüsusi gözlüksüz baxan insanların gözündə problem yaranıb. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31