Rusiyadan “İsgəndər” çıxışı: Məcbur deyilik!

Rusiya Kalininqrad ərazisində “İsgəndər”ləri yerləşdirməsi barədə NATO-ya məlumat verməyə məcbur deyil. Bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin deyib. “NATO sözdə bir cür, əməldə isə başqa cür davranmaqla özünün ikili standartlarını həyata keçirir.

Rusiya Kalininqrad ərazisində "İsgəndər"ləri yerləşdirməsi barədə NATO-ya məlumat verməyə məcbur deyil. Bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin deyib. "NATO sözdə bir cür, əməldə isə başqa cür davranmaqla özünün ikili standartlarını həyata keçirir. Rusiyanın etdikləri ABŞ-dan fərqli olaraq beynəlxalq hüquqa zidd deyil. Ölkəmizin milli mənafeyi nöqteyi-nəzərindən çıxış edərək, eyni zamanda beynəlxalq qanunlara əməl edərək "İsgəndər"ləri harada və nə qədər yerləşdirəcəyimizə qərar vermək bizim haqqımızdır", - Şvıtkin bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31