Rusiya prezidentliyinə daha bir namizəd
25 Dekabr 2017 07:16 DünyaMoskvada bu gün təşəbbüskar qrupu toplantı keçirərək Aleksey Navalnının Rusiya prezidenti postuna namizədliyini irəli sürüb. Toplantının bütün iştirakçıları Navalnının namizədliyinin irəli sürülməsinin lehinə səs verib. Səsvermədən sonra o, səhnəyə çıxaraq bildirib:
"Biz bu seçkilərdə qələbə qazanmağa hazırıq. Bizi seçkilərə buraxmasalar, ayağa qalxacağıq!"
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martın 18-də keçiriləcək. A24.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31