Sabiq prezident azadlıqda

Peru prezidenti Pedro Pablo Kuçinski səhhəti ilə əlaqədar həbsdə olan sabiq dövlət başçısı Alberto Fuximorini əfv etmək qərarına gəlib. Bu barədə dekabrın 24-də yerli RPP radiostansiyası məlumat yayıb.

Peru prezidenti Pedro Pablo Kuçinski səhhəti ilə əlaqədar həbsdə olan sabiq dövlət başçısı Alberto Fuximorini əfv etmək qərarına gəlib.

Bu barədə dekabrın 24-də yerli RPP radiostansiyası məlumat yayıb.

Bildirilir ki, Fuximori yaxın saatlarda paytaxtın Ate qəsəbəsində yerləşən Barbadilyo həbsxanasını tərk edəcək. Sabiq prezident cəzasının son 8 ilini bu penitensiar müəssisədə çəkib.

Fuximori insan haqlarının pozulması, korrupsiya və ölüm eskadronlarının fəaliyyətinə icazə verilməsinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

2015-ci ilin aprelində səhhətinin pisləşməsi səbəbindən o, xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31