BMT-nin ikiillik büdcəsi açıqlandı

BMT Baş Assambleyası bu gün ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. Təsdiq olunan budcə 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.

BMT Baş Assambleyası bu gün ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib.

Təsdiq olunan budcə 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.

Büdcənin layihəsi Baş Assambleyanın 5-ci komitəsi tərəfindən hazırlanıb.

Büdcənin azaldılmasının əsas tərəfdarı ABŞ olub - ştatlar büdcəni 250 milyon dollar azaltmaq istəyib. ABŞ BMT-nin Fələstində, Liviya və Əfqanıstanda missiyalarını azaltmağı, təşkilatın bəzi inkişaf proqramlarında, yeni işçilərin işə götürülməsində, həmçinin personalın maaşlarında qənaət etməyi təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31