Uqandada güclü yağış 15 nəfəri öldürdü

Uqandanın qərbində leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 15 nəfər ölüb.

APA  xəbər verir ki, bu barədə Uqanda Qırmızı Xaç Cəmiyyətinin "Tvitter" səhifəsində bildirilib.
 
"Rubande dairəsində baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 8 nəfər itkin düşüb. Yaralılar xəstəxanalara göndərilib. Qırmızı Xaçın heyəti zərərçəkənlərə müvafiq yardım göstərir", məlumatda deyilir.
 
Məlumata görə, regionda bir çox yaşayış evləri yararsız hala düşüb, bəziləri tamamilə dağılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31