Azərbaycana "ayaq açan" erməni məşhurlar - FOTOLAR

Son zamanlar erməni məşhurlar Azərbaycana “ayaq açıb”. Düşmən zəhərli ot kimi hər tərəfə kök atıb sanki. Bilmirsən gəlib soxulduğu torpağımızdan qovub rədd edəsən, ya harası iləsə ad çıxaranlarıyla mübarizə aparasan. Ermənilərin fəxri pornoulduz Kim Kardaşyan gəlib girib cibimizə. Bizdən alıb apardıqlarını da tökür erməni ordusunun kisəsinə.

Son zamanlar erməni məşhurlar Azərbaycana "ayaq açıb". Düşmən zəhərli ot kimi hər tərəfə kök atıb sanki. Bilmirsən gəlib soxulduğu torpağımızdan qovub rədd edəsən, ya harası iləsə ad çıxaranlarıyla mübarizə aparasan. Ermənilərin fəxri pornoulduz Kim Kardaşyan gəlib girib cibimizə. Bizdən alıb apardıqlarını da tökür erməni ordusunun kisəsinə.

Demək, bu erməni pornoulduzun özü kimi ad çıxaran bir kosmetika markası var. Həmin bu markanın məhsulları bizim xanımların da üzünə bəzək vurur. Adını deyək bilməyənlər də bilsin: "KKW Beauty" və "Kylie Cosmetics". Bu haqda daha öncə də xəbər vermişdik. Xəbəri verəndə də düşündük ki, bunu alan xanımlarımız yəqin ki, onun erməniyə məxsus olduğunu bilmirlər. Qoy deyək, xəbərdar olsunlar, düşmənə xeyir verməsinlər. Amma bir xanımın xəbərə yazdığı rəy heç də xoş olmadı: "Onu bizə yox, bu kosmetikanı gətirənə demək lazımdır. Gətirməsinlər, biz də almayaq".

Hələ yazıda da qeyd etmişdik ki, Kim Kardaşyan əldə etdiyi gəlirlə erməni ordusuna yardım edir. Bu vəziyyəti ən yaxşı belə ifadə etmək olar: Düşmən dəyirmanına su tökmək!

Məhsulu ilə qəlbimizə yol tapan daha bir erməni isə Super Sakodur. Onun biz tərəfə gəlib çıxan məhsulu ifa etdiyi məşhur mahnısıdır. Hansı ki, aylar öncə türkiyəli müğənni Özcan Dəniz dinləyib oxuyanda onu topa tutmuşduq.

Ümumiyyətlə, "Mi Gna" mahnısı son vaxtlar Türkiyədə rekord qırır. Gənclərin əksəriyyəti bu mahnını ifa edərək, sədaları altında rəqs edib "Instagram" səhifələrində paylaşıblar. Bu isə həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır. "Axı biz qardaş ölkəyik. Axı niyə onlar bizim düşmənimizə fanatlıq edir, onun ifasına qol qaldırıb oynayır?" Belə deyə-deyə bir də gördük ki, Super Sako Bakı küçələrində "konsert verir". Bu mahnı bəzi taksisürücülərinin ürəyinə yağ kimi yayıldı lap.

Daha sonra eşitdik ki, "Mi Gna" şəhərin böyük supermarketlərindən birinə də girməyi bacarıb. Mahnının ifaçısının erməni olduğunu bilən alıcılardan buna etiraz edən də olmuşdu.

Bu musiqini dinləyənlər, səsləndirənlər, onun sədaları altında rəqs edənlər, hətta müğənniyə qoşulub ifa edənlər onun erməniyə məxsus olduğunu bilirlər, ya yox, deyə bilmərik. Amma istənilən halda bu, bir təbliğatdır.

Belə bir hal bir neçə öncə də yaşanmışdı. Bakıda məşhur restoranlardan birində  erməni əsilli ABŞ musiqiçisi Şer Sərkisyanın ifasının səslənməsi etiraza səbəb olmuşdu. Bu məsələ də uzun müddət müzakirə olundu.

Görünən odur ki, düşmən bizə aid olanı qoparmaqla yanaşı, öz istehsalını da bizə sırımağı yaxşı bacarır. A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31