Tereza Mey istefa vermək niyyətində deyil

Sədrlik etdiyi hakim Mühafizəkarlar Partiyası növbədənkənar seçkilərin yekunu üzrə parlament çoxluğunu itirsə də, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa vermək niyyətində deyil.

Sədrlik etdiyi hakim Mühafizəkarlar Partiyası növbədənkənar seçkilərin yekunu üzrə parlament çoxluğunu itirsə də, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa vermək niyyətində deyil. İyunun 8-də keçirilmiş seçkilərin yekunu üzrə Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olunub. Belə ki, hakim partiya İcmalar Palatasında 315 yer, leyboristlər isə 261 mandat əldə edib.

Britaniya parlamentinin İcmalar Palatasında cəmi 650 yer var. Parlament əksəriyyəti üçün partiyaya 326 mandat qazanmaq lazımdır. Bundan əvvəl mühafizəkarlar 330 yerə sahib idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31