Bağdadda TERROR - 6 ölü, 13 yaralı

İraqın paytaxtı Bağdadda növbəti terror hadisəsi törədilib.

Bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, 13-ü isə yaralanıb.

Teraktın hədəfi iaşə obyektləri olub. Ərazi mühasirəyə alınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31