Yunanıstanda kuryoz qəza baş verib. Afina-Saloniki marşrutu üzrə hərəkət edən "Intercity" sərnişin qatarı relsdən çıxaraq yaşayış evinə girib. Qatarda 100-ə yaxın sərnişinin olduğu və onlardan bəzilərinin xəsarət aldığı qeyd olunur.
Məlumata görə, relsdən elektrovoz və beş vaqon çıxıb.
Hadisə yerində "təcili yardım" və yanğınsöndürmə briqadaları işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31