İran və Türkmənistan sərhədində güclü zəlzələ

İran və Türkmənistanın sərhədində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 22.01-də qeydə alınıb. Yeraltı təkanların episentri İranın Bocnurd şəhərinin 42-ci km-də yerləşib. Onun ocağı yerin 12,4 km. dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31