Məlumatların ötürülməsi üçün enerji cəhətdən səmərəli texnologiya təqdim edilib

“Disney Research”in əməkdaşları tərəfindən hazırlanmış sistem bizi əhatə edən radiodalğalardan təkrar istifadə nəticəsində məlumatları ötürməyə imkan verir. RFID nişanlar, həmçinin analoji üsuldan istifadə edirlər, ancaq belə rabitə geniş diapazona malik deyil və  nəticədə “əşyalar interneti” üçün az səmərəlidir. Eyni zamanda “Disney Research”in həlli xeyli sayda mənbə və kanal təklif edir ki, bu da öz növbəsində kifayət qədər böyük diapazonu  təmin edir. Testlərin nəticəsinə əsasən, alimlər məlumatları 50 metr məsafəyədək ötürməyə nail olublar.

"Disney Research"in əməkdaşları tərəfindən hazırlanmış sistem bizi əhatə edən radiodalğalardan təkrar istifadə nəticəsində məlumatları ötürməyə imkan verir. RFID nişanlar, həmçinin analoji üsuldan istifadə edirlər, ancaq belə rabitə geniş diapazona malik deyil və  nəticədə "əşyalar interneti" üçün az səmərəlidir. Eyni zamanda "Disney Research"in həlli xeyli sayda mənbə və kanal təklif edir ki, bu da öz növbəsində kifayət qədər böyük diapazonu  təmin edir. Testlərin nəticəsinə əsasən, alimlər məlumatları 50 metr məsafəyədək ötürməyə nail olublar. Yeni həllin əsas özəlliyi az enerji istehlak etməsidir. Sözügedən texnologiya ucqar rayonlarda, sivilizasiyadan uzaq yerlərdə tamamilə faydasızdır. Bununla belə, "Disney Research"in ixtirası "ağıllı" ev konsepsiyası çərçivəsində tətbiq edilə bilər. "ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31