8 il əvvəl dənizə düşmüş hərbi təyyarə tapıldı
Türkiyənin Düzcə Universitetinin mütəxəssisləri sualtı tətqiqatlar zamanı Kalkın kəndinin təxminən 1,8 dəniz mili məsafəsində suyun 29 metr dərinliyə batmış C-47 tipli hərbi nəqliyyat təyyarəsi tapıblab.
8 May 2017 18:03 DünyaTürkiyənin Düzcə Universitetinin mütəxəssisləri sualtı tətqiqatlar zamanı Kalkın kəndinin təxminən 1,8 dəniz mili məsafəsində suyun 29 metr dərinliyə batmış C-47 tipli hərbi nəqliyyat təyyarəsi tapıblab. Təyyarənin qalıqları Düzce Universitetinin sualtı tədqiqat mərkəzi tərəfindən "Dənizin ruhu Anadolu" tarixi layihəsi əsasında təşkil olunan proqram əsasında tapılıb. Məşhur dalğıc Tahsin Ceyran dənizin dərinliklərinə enərək 8 il əvvəl batdığı ehtimal edilən C-47 tipli hərbi nəqliyyat gəmisinin son halının fotolarını çəkib.
Qara Dənizdə araşdırma aparmağın maraqlı olduğunu vurğulayan dalğıc onu da qeyd edib ki, növbəti hədəfləri U-20 alman sualtı gəmisidir:
"Ətraf Mühit və Şəhərsalma Nazirliyinə araşdırma ilə bağlı yazılı müraciət etmişik. Axtarışlara icazə verildikdən sonra nəticələr barəsində onlara məruzə edəcəyik". Publika.az