Bu qızlar küçədə gəzib, ər axtardılar
Çanaqqalada subay oğlan və qızlar "Aşiqlər küçəsi" adı verilən 1 kilometr yarım yolu yeriyərək yarlarını axtarıb. Bayramiç rayonundan 25 km uzaqlıqdakı Muradlar qəsəbəsində "Çifçi Cəmiyyəti" olaraq tanınan və qəsəbəyə bərəkət gətirməsi üçün təşkil olunan ehsan yeməyi bu il 73-cü dəfə keçirilib. Ehsan yeməyinə 5 min insan qatılıb. Mövlüd oxunub, dualar edilib.
8 May 2017 19:21 DünyaÇanaqqalada subay oğlan və qızlar "Aşiqlər küçəsi" adı verilən 1 kilometr yarım yolu yeriyərək yarlarını axtarıb. Bayramiç rayonundan 25 km uzaqlıqdakı Muradlar qəsəbəsində "Çifçi Cəmiyyəti" olaraq tanınan və qəsəbəyə bərəkət gətirməsi üçün təşkil olunan ehsan yeməyi bu il 73-cü dəfə keçirilib. Ehsan yeməyinə 5 min insan qatılıb. Mövlüd oxunub, dualar edilib.
Qəsəbə sakinləri "Aşiqlər küçəsi" sayəsində xeyir işə vəsilə olublar. Belə ki, qəsəbənin subay qız və oğlanları bəzənib-düzənib "Aşiqlər küçəsində" ürəklərinin sultanını axtarıblar. Hər il keçirilən bu ənənəyə qəsəbə sakinləri bu il də sadiq qalıb. Metbuat.az