Qadın 9 min dolları yedi

Kolumbiyada qəribə hadisə baş verib.  28 yaşlı öz sərvətini keçmiş sevgilisi ilə bölüşməmək üçün gözlənilməz addım atıb. Sevgilisindən ayrılandan sonra 28 yaşlı qadın Panamaya köçmək qərarına gəlib.

Kolumbiyada qəribə hadisə baş verib.  28 yaşlı öz sərvətini keçmiş sevgilisi ilə bölüşməmək üçün gözlənilməz addım atıb. Sevgilisindən ayrılandan sonra 28 yaşlı qadın Panamaya köçmək qərarına gəlib. Pulu isə onlar bərabər olduqları müddətdə birlikdə yığıblar.  Sevgililər ayrıldıqdan sonra kişi pulları bölmək istəyib. Lakin qadın bununla razılaşmayıb. O, 100 dollarlıq əskinasları keçmiş sevgilisinə verməmək üçün onları yemək qərarına gəlib. Vəziyyəti pisləşən qadına həkim köməyi gərək olub. Tibb işçiləri əskinasları çıxara biliblər. Amma onların çoxu istifadəyə yararsız olub. 9 min dollardan 3,3 mini qadının mədəsindən çıxarıldıqda tamamilə yararsız vəziyyətdə olub.  Mili.az istipress-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31