BMT-yə ağır zərbə
4 May 2017 09:43 DünyaBMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MİNUSMA) Timbukt şəhərindəki düşərgəsinin atəşə tutulması nəticəsində azı 9 sülhməramlı yaralanıb.
Düşərgə günortadan sonra minatanlar və ya raket atəşinə məruz qalıb. "İlkin məlumata görə, altı mərmi atılıb", - deyə rəsmi məlumatda bildirilir.
Yaralı sülhməramlılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Onlar Malinin paytaxı Bamakoya təxliyə ediliblər. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31