Maykl Ceksonun 19 yaşlı qızı ilk dəfə filmə çəkilir

Mərhum amerikalı pop müğənni Maykl Ceksonun qızı Peris bu yaxınlarda "Ulduz" serialının bir epizoduna çəkilib.  O, indi tam metrajlı filmdə debüt etməyi planlaşdırır.

Mərhum amerikalı pop müğənni Maykl Ceksonun qızı Peris bu yaxınlarda "Ulduz" serialının bir epizoduna çəkilib.  O, indi tam metrajlı filmdə debüt etməyi planlaşdırır.

Aktrisalıq karyerasına yenicə başlayan Peris Ceksonun ekrana ilk çıxışı Neş Edgertonun filmi ilə olacaq. Layihə hələ adsızdır. Lakin filmin komediyalı triller olacağı məlumdur. Fİlmdə baş rolu Devid Oyelouyo ifa edəcək.

Filmdə Perisin hansı rolu canlandıracağı barədə məlumat verilmir. Amma çəkilişlərdə həmçinin Şarliz Teron və Amanda Seyfredin iştirak etdiyi bəllidir. "Report" "Hollywood Reporter"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31