Toya hazırlaşan nişanlıları ölüm ayırdı - Gəlinlik yolda qaldı
Türkiyədə ağır yol qəzası baş verib. Toy hazırlıqları üçün İzmirə gedən nişanlı cütlük qəzaya düşüb. Qəza bu gün səhər saat 7 radələrində Konya-Ereğli magistral yolunun 23-cü kilometrində baş verib.
2 May 2017 14:06 DünyaTürkiyədə ağır yol qəzası baş verib. Toy hazırlıqları üçün İzmirə gedən nişanlı cütlük qəzaya düşüb. Qəza bu gün səhər saat 7 radələrində Konya-Ereğli magistral yolunun 23-cü kilometrində baş verib. Bəyin sürdüyü avtomobil bilinməyən səbəbdən idarəetməni itərək səkiyə çırpılıb. Qəza nəticəsində sükan arxasında olan bəy İzzettin Öztürk ölüb, Sevim Ergüner isə ağır yaralanıb. Qəza yerində isə ən çox diqqət çəkən qadının avtomobildən yerə düşən gəlinliyi olub. Milli.az "Haberler"ə istinadla xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31




