Meksika parlamentinin deputatlar palatası tibbi məqsədlər üçün narkotik vasitə olan marixuananın istifadəsini leqallaşdıran qərarı səs çoxluğu ilə qəbul edib.
Səsvermə zamanı marixuananın tibbi məqsədlər üçün leqallaşdırılmasına 301 deputat "hə", 88-si isə "yox" deyib.
Qeyd edək ki, bundan əvvəl Meksika Senatı marixuananın istifadəsini leqallaşdıran qərarı qəbul edib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31