Bu antivirus proqram təminatı “Windows” sisteminin işini iflic edib

Məşhur “Webroot” antivirus proqram təminatının istifadəçilərinin məlumatına görə, sözügedən antivirusun işində nasazlıq qeydə alınıb və nəticədə minlərlə kompüterdə “Windows” faylları zədələnib.

Məşhur "Webroot" antivirus proqram təminatının istifadəçilərinin məlumatına görə, sözügedən antivirusun işində nasazlıq qeydə alınıb və nəticədə minlərlə kompüterdə "Windows" faylları zədələnib. Bir çoxları süni intellekt və "ağıllı" texnika tərəfindən "üsyan" gözlədiyi halda məşhur "Webroot" antivirusu "Windows" sisteminin fayllarını zədələyib. Bundan başqa, "Facebook" sosial şəbəkəsini tamamilə bloklayıb.

Nasazlığı dəqiq təhlil edən mütəxəssislər belə nəticəyə gəliblər ki, antivirus proqram təminatı "Windows" əməliyyat sisteminin (ƏS) vacib sistem fayllarını təhlükəli kimi qeydə alaraq onları karantinə yerləşdirir. Nəticədə ƏS-i yüklənmir və kompüter açılmır. Tərtibatçıların sözlərinə görə, bu problem tamamilə aradan qaldırılıb. "ICTnews" Elektron Xəbər Xidməti "dni24.com" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31