“Google” rəyləri istifadəçi dilinə tərcümə edəcək
“Google” yerli idarə və şirkətlər haqqında rəyləri onlara baxan istifadəçinin dilinə tərcümə edəcək yeni funksiyanı istifadəyə verib.
26 Aprel 2017 19:50 Dünya"Google" yerli idarə və şirkətlər haqqında rəyləri onlara baxan istifadəçinin dilinə tərcümə edəcək yeni funksiyanı istifadəyə verib. Tərcümə "Google Maps" əlavəsində və ya axtarış sistemində sorğu verilən zaman avtomatik həyata keçiriləcək. Rəylər qurğuda quraşdırılan dildə göstəriləcək. Əvvəlcə tərcümə olunan, daha sonra orijinal versiya təqdim olunacaq.
Yeni funksiyadan yararlanmaq üçün "Google Maps" proqramını və axtarış əlavəsini sonuncu versiyayadək yeniləmək tələb olunur. "ICTnews" Elektron Xəbər Xidməti "Searchengines" resursuna istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31