Türk bayrağı yandırıldı

Ermənistanın paytaxtı İrəvanda keçirilən 1915-ci il hadisələrinin "ildönümü" tədbirində türk bayrağı yandırılıb. Xəbəri Türkiyənin xarici işlər nazirliyi təsdiqləyib.

"Olaylar"  "Huriyyet" - ə  istinadən xəbər verir ki, hadisə ilə bağlı nazirlik, Türkiyənin müstəqillik, azadlıq rəmzi olan bayrağın yandırılmasının bağışlanmaz hal olduğunu qeyd edib: "Bu xain hərəkətləri edən Ermənistanı şiddətlə qınayırıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31