Suriya ilə bağlı ekspert görüşünün tarixi açıqlandı

Suriya mövzusunda aparılan danışıqların ekspert görüşü Astanada mayın 2-də keçiriləcək.

Qazaxıstanın Xarici İşlər Nazirinin müavini Muxtar Tleuberdinin sözlərinə görə, o gün Suriya münaqişəsi ilə bağlı bütün nüanslar müzakirə ediləcək: "Mayın 2-də Astanada keçiriləcək ekspert görüşündə biz bütün tərəfləri gözləyirik: ölkələri, Suriya hökumətini və silahlı müxalifəti".

Xatırladaq ki, Suriya mövzusu üzrə yüksək səviyyəli beynəlxalq görüşün 4-cü mərhələsi Astanada mayın 3-4-nə planlaşdırılıb. Ən son belə danışıqlar martın 14-15-də keçirilmişdi. Görüşdə Rusiya, Türkiyə, İran, həmçinin BMT-nin, İordaniyanın, ABŞ-ın və Suriya hökumətinin nümayəndələri iştirak edib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31