“İrəvandakı seçki tamaşası bir daha göstərdi ki,..”

 Ermənistandakı seçki oyunu başa çatdı. Dağlıq Qarabağ separatçıları Ermənistanda hakimiyyətə nəzarətlərini nəinki qoruyub saxladılar, hətta daha da gücləndilər”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri müstəqil ekspert Rövşən Məmmədli səsləndirib.

Rövşən Məmmədli: "Mövcud seçki qanunları,sistemi bir şeyə yaramır"

Ermənistandakı seçki oyunu başa çatdı. Dağlıq Qarabağ separatçıları Ermənistanda hakimiyyətə nəzarətlərini nəinki qoruyub saxladılar, hətta daha da gücləndilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri müstəqil ekspert Rövşən Məmmədli səsləndirib. O, qeyd edib ki, erməni xalqının xeyli hissəsinin dəstəklədiyi və Ermənistanın gələcəyi üçün daha yaxşı proqramlar irəli sürən müxalifət parlamentə buraxılmadı: "Belə çıxdı ki, ermənilər Hijdeh düşüncəli faşizmə səs verdilər. İndi bu faşistlərin aparacağı siyasətin əzablarını ermənilərlə birlikdə bizdə yaşayacağıq". Ekspertin qənaətincə, İrəvandakı seçki tamaşası bir daha göstərdi ki,mövcud seçki qanunları,sistemi bir şeyə yaramır: "Bu seçki qanunları mütləq dəyişdirilməlidir.İndiki İnternet dövründə dünya istəsə tam dəqiqliyi ilə obyektiv seçki keçirə bilər.Görünür özündə demokratiya yaradan, ancaq özündən kənarda bunu istəməyən Avropa hələ bizimlə çox çirkin oyun oynamaq fikrindədir. Avropa aşkar görür ki, postsovet ölkələrinin heç birində düzgün seçki keçirilmir və səbəbi də mövcud seçki qanunlarının buna yaratdığı imkanlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31