Məscidin həyətində narkotik satan qadın - Qucağında körpə ilə dilənirmiş
İstanbul təhlükəsizlik xidmətinin əməkdaşları cümə günü 2 şübhəli Gürcüstan əsilli şəxsi təqibə başlayıblar. Polis qrupları Gürcüstan əsilli şübhəlilərin Valide Sultan Məscidinin bağçasında qucağında 1,5 yaşlı uşağıyla dilənçilik edən İran əsilli qadından narkotik maddə aldıqlarını müəyyən ediblər.
28 Mart 2017 18:53 Dünyaİstanbul təhlükəsizlik xidmətinin əməkdaşları cümə günü 2 şübhəli Gürcüstan əsilli şəxsi təqibə başlayıblar. Polis qrupları Gürcüstan əsilli şübhəlilərin Valide Sultan Məscidinin bağçasında qucağında 1,5 yaşlı uşağıyla dilənçilik edən İran əsilli qadından narkotik maddə aldıqlarını müəyyən ediblər.
Bundan sonra polis qrupları Gürcüstan əsilli 2 şəxslə uşağıyla dilənçilik edən və narkotik maddə satan İran əsilli 33 yaşlı N.M.-ni saxlayaraq nəzarətə götürüblər. Gürcüstan əsilli şübhəlilərin üzərində aparılan axtarış zamanı onlardan təxminən 10 qram narkotik maddə ələ keçirilib. Şənbə günü polis şöbəsində əməliyyatları başa çatan 3 adam prokurorluğa aparılıb. İran əsilli N.M. məhkəmənin qərarı ilə həbs olunarkən Gürcüstan əsilli 2 şəxs sərbəst buraxılıb. Əməliyyat prosesi məscidin təhlükəsizlik kameraları anbaan görüntülənib. Milli.az