ABŞ İŞİD-in 800 döyüşçüsünü mühasirədən çıxardı - ŞOK İDDİA
İŞİD terror qruplaşmasının təxminən 800 döyüşçüsü mühasirəyə alınmış İraqın Mosul şəhərini maneəsiz tərk edib. Bu haqda Rusiya Baş qərargahının Baş operativ idarəsinin başçısı, general-polkovnik Sergey Rudskoy bildirib.
28 Mart 2017 15:51 DünyaİŞİD terror qruplaşmasının təxminən 800 döyüşçüsü mühasirəyə alınmış İraqın Mosul şəhərini maneəsiz tərk edib. Bu haqda Rusiya Baş qərargahının Baş operativ idarəsinin başçısı, general-polkovnik Sergey Rudskoy bildirib. "Mosulun tam mühasirəsi haqqında koalisiyanın (ABŞ-ın başçılıq etdiyi anti-terror koalisiyası -red.) bəyanatlarına baxmayaraq, şəhərdən Suriyanın Deyr-ez-Zor rayonuna döyüşçülərin axını davam edir", - o deyib. Generalın sözlərinə görə, beynəlxalq koalisiyanın aviasiyası hər gün Mosula praktik olaraq zərbələr vurur. Nəticədə, İŞİD döyüşçülərindən başqa, minlərlə dinc sakin həlak olur. Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir.