Oskarda yanlış anlaşılma

89 - cu Oskar mükafatlandırma mərasimində ötən gün çaşqınlıq yaşanıb. "Olaylar" "Huriyyət" - ə istinadən bildirir ki, "Ən yaxşı film" mükafatının adını açıqlanan zaman skandala imza atılıb. Belə ki, zərflər qarışdığına görə, mükafat öncə "La La Land" filminin yaradıcı heyətinə verilib. Lakin, daha sonra səhnəyə mükafatın həqiqi sahibi  "Moonlight" filminin yaradıcı heyəti dəvət olunub.

Qeyd edək ki, bu çaşqınlığa Hollivud aktiyorlaru  Uorren Bitti səbəb olub. Ən yaxşı film nominasiyası üzrə mükafatın adını açıqlamaq üçün səhnəyə dəvət olunub. Aktyor  "Ən yaxşı film" kimi "La La Land" filminin adını açıqlayaraq, yaradıcı heyəti səhnəyə dəvət edib. Sevinclə səhnəyə gələn aktyorlar, təşşəkür nitqi ilə çıxış ediblər. Sıra filmin rejissorlarından olan Fred Bergerə gəldikdə isə  gözlənilməyən an -  zərflərin qarışdığı məlum olub. "La La Land" filminin digər rejissoru Jordan Horowitz yanlış anlaşılmanı düzəlmət üçün çıxış edərək, "Burada bir səhv anlaşılma var. Moonlight, ən yaxşı film mükafatını siz qazandınız. Bu zarafat deyil" - deyərək, filmin yaradıcı heyətini səhnəyə dəvət edib.

Daha sonra "Ən Yaxşı Film" nominasiyası üzrə mükafat "La La Land"   filmindən  alınaraq, "Moonlight" filminə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31