Polisə hücum - 5 nəfər yaralandı
27 Fevral 2017 08:23 DünyaBəhreynin paytaxtı Manama şəhərində naməlum şəxslərin polisə etdiyi hücum nəticəsində 5 nəfər yaralanıb.
İçərisində polis əməkdaşlarının olduğu avtobus ərazidən keçdiyi zaman partlayış baş verib.
Güclü partlayış nəticəsində 5 polis əməkdaşı yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Hadisə ilə əlaqədar araşdırma aparılır. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31