Əlcəzairdə terror aktı: yaralılar var
27 Fevral 2017 07:49 DünyaƏlcəzairin Konstantina şəhərində baş vermiş terror aktı nəticəsində bir neçə nəfər yaralanıb.
Kamikadze polis məntəqələrinin birinin yaxınlığında "intiharçı kəmərini" işə salaraq özünü partladıb.
Əlcəzairin təhlükəsizlik orqanları hüçum edənin şəxsiyyətini artıq müəyyənləşdirib. Məlumata görə o, əvvəllər də hüquq mühafizə orqanları əməkdaşlarına qarşı hücumlarda iştirak edib. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31