İran ordusu Hind okeanında irimiqyaslı təlimlərə başladı

İran Hərbi dəniz qüvvələri bu gün səhər Hind okeanının şimalında "Vilayət-95" adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

Təlimlərə İran HDQ komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə start verilib. Hərbi təlimlərdə kəşfiyyat əməliyyatları, taktiki manevrlər, habelə xilasetmə əməliyyatlarının keçirilməsi nəzərdə tutulur.

Müdafiə əməliyyatı çərçivəsində İran istehsalı olan hərbi texnikadan, o cümlədən sualtı qayıqlar və helikopterlərdən istifadə olunacaq.

İran HDQ komandanlığı təlimdə iştirak edəcək hərbçi və silahların sayı barədə məlumat verməyib.  Virtualaz.org-

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31