Təyyarədə sərnişini xilas edən nazirə mükafat verdilər
26 Fevral 2017 11:02 Dünya2016-cı ilin sentyabr ayında Moskva - Nyu-York reysi ilə uçan təyyarədə səhhəti kəskin pisləşmiş qadın sərnişinə vaxtında şəxsən tibbi yardım göstərərək, onun həyatını xilas etmiş Rusiyanın səhiyyə naziri Veronika Skvortsova "Qalxan və qızılgül" mükafatı ilə təltif olunub.
Rusiya Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumata əsasən xəbər verir ki, illik ümumrusiya "Qalxan və qızılgül" mükafatı vəzifə borcunu yerinə yetirərkən yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmiş qadın dövlət qulluqçularına təqdim edilir. Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31