Yeni "Fatmagül" o olacaq - əri ilə birgə çəkiləcək

Xəbər verdiyimiz kimi, "Fatmagülün suçu ne?" serialı Hindistanda çəkilməyə başlayıb. Baş rollarını Beren Saat və Engin Akyürek canlandıran ekran işinin Hindistan versiyası da originalına uyğun olacaq. "Fatmagül" obrazını 7 il fasilədən sonra ekranlara qayıdan Vandana Sajnanin, tərəf müqabilini isə aktyor əri Rajeş Xattar canlandıracaq.  R.Xattar xanımının serialdakı zorlanma səhnəsini qəbul etdiyini deyib: "Həyat yoldaşım qəbul etdi. Serial əsli ilə birəbir eyni olacaq". Serialın adı "Fatmagül" olacaq. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31