“Facebook”da beynəlxalq pulköçürmələri sistemi istifadəyə verilib

“Facebook” korporasiyası Böyük Britaniyanın “TransferWise” şirkəti ilə birlikdə pulköçürmələri funksiyasını beynəlxalq formatda istifadəyə verib.  

"Facebook" korporasiyası Böyük Britaniyanın "TransferWise" şirkəti ilə birlikdə pulköçürmələri funksiyasını beynəlxalq formatda istifadəyə verib.   Hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar. Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.

Funksiya pulköçürmələri üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından faydalıdır. Məsələn, yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31