Rusiyada yol qəzasında altı nəfər ölüb

Rusiyada ağır yol qəzası nəticəsində 6 nəfər ölüb.  Hadisə Saratov vilayətinin Petrovsk rayonunda baş verib. Yerli vaxtla saat 05:00 radələrində Nijni-Novqorod-Saratov yolunun Tarumovka kəndi ərazisindən keçən hissəsində "Nissan" və KİA markalı avtomobillər toqquşub. Polisin məlumatına görə, qəzaya KİA-nın yolun əks istiqamətinə çıxması səbəb olub. Toqquşma nəticəsində hər iki maşının sürücüsü və KİA-da olan dörd sərnişin ölüb.

Qeyd edək ki, biri uşaq olmaqla, 12 nəfər bu il yanvarın 15-də və fevralın 11-də Saratov vilayətində baş verən yol qəzalarının qurbanı olmuşdu. Bu barədə APA.az "İnterfaks"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31