Merkel Putinlə barışmaq istəyir
18 Fevral 2017 19:58 Dünya"Soyuq müharibə"ni başa çatdıqdan sonra beynəlxalq cəmiyyət Rusiya ilə münasibətləri qaydaya salmağı bacarmadı.
Bunu Almaniya kansleri Angela Merkel Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.
"Bizdə dəqiq beynəlxalq nizam yoxdur. Əvvəlki kimi Rusiya ilə sabit münasibətlər yoxdur. Son 25 ildə Rusiya ilə sabit münasibətləri qura bilmədik. Rusiya bizim qonşumuzdur, Avropa İttifaqı üçün xarici sərhəddir", - Merkel bildirib.
Kansler vurğulayıb ki, müxtəlif məsələlər üzrə fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə yaxşı münasibətlərin qurulması üçün yorulmadan işləyəcək.
Merkel bildirib ki, hətta mürəkkəb situasiyada olsa belə, Rusiya-NATO aktından imtina etməmək lazımdır. O, Qərb və Rusiyanın terrorizmlə mübarizənin işində ümumi maraqlara malik olduğunu söyləyib. Publika.az SİTA agentliyinə istinadən xəbər verir.