Yutubdan maraqlı YENİLİK
18 Fevral 2017 19:54 DünyaYutub 30 saniyəlik reklamlardan imtina edir.
Şirkətin yaydığı açıqlamada bildirilir ki, 2018-ci ildən artıq istifadəçilərin sevmədiyi bu reklamlardan istifadə edilməyəcək.
Şirkət rəhbərliyi bunun həm istifadəçi, həm də reklam verənlər üçün uğurlu yenilik olacağını düşünür.
30 saniyəlik reklamları dayandırsalar da, onu 6 saniyəlik reklamlar əvəz edə bilər.
Şirkətin bu addımı atmasına əsas səbəblərindən biri isə dünyanın ən yaxşı markalarının feysbukda video yerləşdirmək marağının son illər daha da artmasıdır. Yutub da qısa videolara keçməklə rəqabətdə uduzmamağa çalışır. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31