Son iki gündə 20 nəfər edam edildi - YENİLƏNİB

İranda son iki gündə 20 məhkum edam edilib. Məlumatı İranda insan haqlarını müdafiə edən "Herana" təşkilatı yayıb.

İranda son iki gündə 20 məhkum edam edilib. Məlumatı İranda insan haqlarını müdafiə edən "Herana" təşkilatı yayıb.

İnformasiyaya əsasən, onlar narkotik maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda, oğurluq, silah əldə etmək və qətldə günahkar bilinərək məhkum olunmuş şəxslərdir.

Xəbərə görə, edam hökmləri ölkənin Rəşt şəhərindəki Lakan Mərkəzi, Kərəcin Rəcaişəhr, Kermanın Şehab və Həmədan həbsxanalarında icra olunub.

Qeyd edək ki, beynəlxlaq hüquq müdafiə təşkilatının hesabatında 2015-ci ildə İranda 977 nəfərin edam olunduğu vurğulanıb. Report.az

***

İranda son iki gündə 20 nəfər edam edilib.

Son 48 saat ərzində İranda 20 məhkum edam olunub. Onlar oğurluq, narkotik maddələrin satışı və cinayət törətməkdə təqsirləndiriliblər. Qeyd edək ki, 2015-ci ildə İranda ümumi 977 nəfər edam edilib. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00