"Qara qutu" tapıldı

Qırğızıstanda Bişkekin "Manas" hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" təyyarəsinin "qara qutu"su aşkar edilib.

Qırğızıstanda Bişkekin "Manas" hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" təyyarəsinin "qara qutu"su aşkar edilib. Məlumata görə, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00