Daha bir faciə
Yanvarın 16-da səhər saatlarında ACT Hava yolarına məxsus olan TC - MCL Boeing 747 - 400F tipli Türk karqo təyyarəsi Bişkek yaxınlığında radarlardan itib. Qırğızıstan Hava Yolları təyyarənin yaxınlaşmasına az qalmış, Türkiyə saatı ilə 04:45- də radarlardan itdiyini açıqlayıb.
16 Yanvar 2017 15:38 DünyaTəyyarə qəzaya uğradı
Yanvarın 16-da səhər saatlarında ACT Hava yolarına məxsus olan TC - MCL Boeing 747 - 400F tipli Türk karqo təyyarəsi Bişkek yaxınlığında radarlardan itib. Qırğızıstan Hava Yolları təyyarənin yaxınlaşmasına az qalmış, Türkiyə saatı ilə 04:45- də radarlardan itdiyini açıqlayıb. Qırğızstan Hava Yolları təyyarədə olan 4 nəfərin, Returs isə 16 nəfərin vəfat etdiyni bildirib. Əldə edilən son məlumata görə, Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib ki, Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb. Ölənlərdən 28 nəfəri yerli sakin, 4 nəfəri təyyarənin heyət üzvləridir. Kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, təyyarənin yaşayış qəsəbəsi üzərində qəza törətməsi daha böyük itkiyə yol açıb. Belə ki, qəza nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir. Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Manas beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ çıxarılıb. Bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Yelena Bayalinova bildirib. Onun sözlərinə görə, hadisə yerindən 31 nəfərin meyiti və insan bədəninə aid 9 hissə aşkar edilib. Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən "ACT" Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib. Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş. Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkek ətrafında Türkiyə şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması hadisəsinin araşdırılmasını tapşırıb. Dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib. Məlumatda o da bildirilir ki, Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçab təyyarənin qəzasında ölənlərlə əlaqədar Qırğızıstanda matəm günü elan ediləcək. Yaxın vaxtlarda prezident Almazbek Atambayev müvafiq fərman imzalayacaq. Hələlik qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Bu barədə Türkiyənin "АСТ" aviaşirkətin mətbuat xidmətindən məlumat veriblər. Mətbuat xidmətindən bildiriblər: "Təəssüflə bildiririk ki, Honkonqdan Bişkekə uçan yük təyyarəmiz naməlum səbəblərdən qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır, hazırda ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq". Təyyarə qəzası baş verən andan etibarən qəzanın səbəbləri barədə müxtəlif versiyalar irəli sürülüb. Bunlar içərisində təyyarənin motorlarından birində baş verən nasazlıq, yanacaq çatışmamazlığı kimi versiyalar var. Lakin hələlik heç bir rəsmi təsdiqini tapmayan məlumat da gündəmə gəlib. Daha doğrusu bəzi ekspertlər hesab edirlər ki, təyyarə qəzası ona kənar müdaxilə nəticəsində mümkün olub. Hətta hava gəmisinin raketlə vurulduğu da iddialar arasında yer alır. Bildirilir ki, Türkiyəyə məxsus təyyarənin vurulması tapşırığı isə okeanın o tayından gəlib. İddia müəllifləri hesab edirlər ki, bu olayda da FETÖ-nun bu və ya digər dərəcədə əli var və məqsəd Türkiyəyə yeni bir zərbə vurmaqdır. Nəzərə alsaq ki, FETÖ-nün ən geniş yayıldığı ölkələrdən biri məhz Qırğızıstandır və bu gün də fətullahçılar Orta Asiyanın bu ölkəsində açıq şəkildə fəaliyyətdədirlər, o halda təyyarənin vurulması ehtimalı daha çox ağlabatan olur. Qəzaya uğramış yük təyyarəsində həlak olan pilotların fotoları Türkiyə mətbuatında yer alıb. Həlak olan pilotlar - təyyarənin komandiri İbrahim Gürgan Diranç, ikinci pilot Kazım Öndül olub. Bundan başqa heyətə Melih Aslan və Nelih Koça daxil olub. Məlumata görə, Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasya Nazirliyi Qırğızıstanda "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasya naziri Əhməd Arslan qırğızıstanlı həmkarına başsağlığı verib və Ankaranın bu məsələnin araşdırılmasında yardıma hazır olduğunu bildirib. Məlumata görə, təyyarə düşən kəndin rəsmi adı Daça-Suudur. 1986-cı ildə orada "Aeroflot" adlı bağ evləri tikilib. Hazırda kənddə 265 ailə yaşayır. Ümumilikdə Daça-Suuda 425 bağ yeri var. Xəbərdə bildirilib ki, kənd "Manas" hava limanının qərbində yerləşir. Qeyd edək ki, qəza törədən təyyarə 2003 -cü ildə Boeing tərəfindən istehsal edilib, 124 ton karqo tutumu olan təyyarə 5 min 230 kilometr qet edə bilər. Saatda ən çox 922 km surətlə uça bilir. Təyyarə iki pilot tərəfindən idarə olunurdu.
Alim