Rusiyalı diplomatlar Azərbaycanın müraciəti əsasında Belarusda saxlanılmış bloqgerə baş çəkiblər

Rusiyalı diplomatlar Azərbaycanın müraciəti əsasında Belarusda saxlanılmış bloqger Aleksandr Lapşinə baş çəkiblər.

Rusiyalı diplomatlar Azərbaycanın müraciəti əsasında Belarusda saxlanılmış bloqger Aleksandr Lapşinə baş çəkiblər.  Diplomatlar bildiriblər ki, A. Lapşinin saxlanılma şəraiti ilə bağlı şikayəti yoxdur. 
 

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan A. Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan tərəfinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti" Rusiyanın Belarusdakı səfirliyinə istinadən məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00