Türkiyəni qana bulayan terrorçulardan biri hicablı qadın imiş


İstanbulun Beşiktaş ərazisindəki dəhşətli terroru törədənlərdən birinin hicablı qadın olduğu məlum olub.

Milli.Az-ın Türkiyənin "Habertürk" qəzetinə istinadla verdiyi məlumata görə, baş verən teraktla bağlı yeni görüntülər əldə edilib. Görüntülərə görə, partlayışı biri qadın olmaqla iki terrorçu törədib. Qadın terrorçu diqqət çəkməmək üçün hicabdan istifadə edib.

Qeyd edək ki, "Vodafon arena" yaxınlığında baş verən partlayış nəticəsində 44 nəfər ölüb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31