İki qadın millət vəkili həbs edil


Türkiyədə iki millət vəkili həbs edilib.

"Olaylar"  sozcu-yə istinadən  bildirir  ki, Diyarbakır və Batman Respublika Prokurorluğu tərəfindən baş verən iki ayrı terror hadisəsinə görə haqlarında həbs qərarı çıxarılan Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini - Diyarbakırdan olan millət vəkili Çağlar Dəmirəl ilə Siirt millət vəkili Besime Konca Ankarada Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

HDP-nin mətbuat xidmətindən edilən açıqlamada: "Sədr müavini, hörmətli Çağlar Dəmirəl ilə Siirt millət vəkilimiz hörmətli Besime Konca saat 00:00-dan etibarən partiya binamızın qarşısından nəzarətə götürülüblər", - deyiblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31