Hələb ən yaxın günlərdə azad ediləcək - FOTO

Suriya qoşunları Hələb şəhərinin şərqindəki yeraltı kommunikasiyaların təmizlənməsinə başlayıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bu kommunikasiyalarda və yeraltı tunellərdə təslim olmaq istəməyən terrorçular gizlənirlər. Onlar şəhəri bu tunellər vasitəsilə tərk etmək istəyirlər.

Şəhərin şərq hissəsində qızğın döyüşlər gedir. Səlahəddin məhəlləsindəki terrorçulara Suriya qoşunları ağır zərbələr endirirlər.

Suriya Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Hələb ən yaxın günlərdə tam azad edilə bilər. Şəhərin 98 faizi artıq Suriya qoşunlarının tam nəzarətindədir.

Döyüşlər indi Kəllasi, Məşhəd və Ənsari məhəllələri uğrunda gedir. Dünən 6 məhəllə terrorçulardan azad olunub. Döyüşlər zamanı 2215 yaraqlı təslim olub. Onlardan 2137 nəfər əfv edilib.

Hələbdəki döyüşlərin belə nəticəsi Suriyada bayram edilir. Ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan on minlərlə insan ötən gecə səhərədək yürüşlər ediblər, şüarlar söyləyiblər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31