Abidə qarşısında çılpaq selfi çəkdirən turist üzr istədi

Gürcüstanın Svanetiya dağlıq əyalətində tarixi abidənin qarşısında çılpaq selfi çəkdirən xarici turist bu şəkillərə görə açıq şəkildə üzr istəmək məcburiyyətində qalıb.

Gürcüstanın Svanetiya dağlıq əyalətində tarixi abidənin qarşısında çılpaq selfi çəkdirən xarici turist bu şəkillərə görə açıq şəkildə üzr istəmək məcburiyyətində qalıb.

İKT.lent.az-ın "Sputnik Gürcüstan" informasiya portalına istinadən məlumatına görə, qəzəblənmiş yerli sakinlər onu üzr istəyən yerdə video çəkməyə məcbur ediblər.

Səyyah öz şəkilləri ilə bütün təhqir etdiyi insanlardan gürcü dilində üzr istəyib. "Mən bunu pis niyyətlə etməmişəm. Bağışlayın", - deyə o bildirib.

Gənc turistin adı, soyadı və hansı ölkədən gəldiyi barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31