Türkiyə konstitusiyasına dəyişikliklər sabah parlamentin müzakirəsinə çıxarılacaq

Türkiyə konstitusiyasına ediləcək dəyişikliklər layihəsi sabah Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.

Türkiyə konstitusiyasına ediləcək dəyişikliklər layihəsi sabah Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq. Məlumata görə, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, konstitusiyaya dəyişikliklər ölkəni daha da güclü edəcək.

Qeyd edək ki, Konstitusiyaya təqdim olunan dəyişikliklərə əsasən, Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi nəzərdə tutulur.

Dəyişikliklərin qəbul olunması üçün parlamentdə 367 millət vəkili layihənin lehinə səs verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31